Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-20 12:20:00
MİQ müsabiqəsində daha 1 namizəd maksimum nəticə göstərdi

Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, iyulun 20-də keçirilən işə qəbul imtahanlarında riyaziyyat müəllimi olmaq istəyən 3280 namizədin iştirakı gözlənilir. İmtahanın ilk seansında Zülfiyyə Şükür qızı Həsənova 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.

Zülfiyyə Həsənova 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə, 2010-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstititutunda doktorantura üzrə təhsil alır. Z.Həsənova 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə 53 bal toplayaraq Bakı şəhəri 255 nömrəli tam orta məktəbə müddəti müqavilə ilə işə qəbul olub. 2018-ci ildə keçirilən müəlimlərin işə qəbulu üzrə müsabiqədə 53 bal toplayıb.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları