Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-20 10:37:00
MİQ müsabiqəsində daha 2 namizəd maksimum nəticə göstərdi

Müəllimlərin işə qəbulu üzrə test mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, 19 iyulda keçirilən test mərhələsində fiziki tərbiyə və riyaziyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib.

 Dünən keçirilən müəllimlərin işə qəbul imtahanlarında fiziki tərbiyə və riyaziyyat müəllimi olmaq istəyən 2837 namizəd iştirak edib. Riyaziiyyat fənni üzrə Humay Quliyeva 56, fiziki tərbiyə fənni üzrə isə Nərmin Orucova 53 bal bal toplayaraq namizədlər arasında maksimum nəticə əldə edib.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə  test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb

Günel Yaşarqızı
Müəllifin digər yazıları