Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 12:30:02
Məmur olmaq istəyənlər bu gün sınağa çəkilir

İyulun 19-da Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçirilir.

DİM-dən Azedu.az-a bildirilib ki, AA, AB, AC, BA və BB qrupları üzrə keçirilən imtahan saat 10-da başlanıb. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə verirlər.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün onlayn qeydiyyat bu gün saat 9-da başa çatıb.