Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 10:30:00
Rezidenturaya qəbul olmaq üçün 105 namizəd ixtisas seçimi ərizəsini təsdiqlədi

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir. Seçimlər iyulun 22-dək aparılacaq.

Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən saat 10:30 məlumatına görə, artıq 105 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib. Müsabiqədə onlardan 97-i Azərbaycan, 8-i isə rus bölməsi üzrə iştirak edib.

Qeyd edək ki, namizəd ərizəni yadda saxladıqdan sonra ona dəyişiklik edə bilər, amma təsdiqdən sonra ərizəyə dəyişiklik mümkün deyil. Bunun üçün yalnız DİM-in müvafiq filialına yaxınlaşmaq, ərizə ilə müraciət etmək lazımdır.

Seçimi ərizədə 65 ixtisası qeyd etmək mümkündür.

Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində çalışmalıdırlar.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları