Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 10:39:00
Rezident namizədlərin seçə biləcəkləri ixtisaslar - SİYAHI  

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, seçimlər iyulun 22-dək aparılacaq.

Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Hazırda rezident olmaq istəyənləri maraqlandıran əsas məqamlar seçim edə biləcəkləri ixtisaslarla bağlıdır.

AzEdu.az namizədlərin istiqamətlərə uyğun olaraq seçə biləcəkləri ixtisasların siyahısını təqdim edir:

Müalicə işi və pediatriya:

Sosial gigiyena və səhiyyənin təşkili, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, neyrocərrahiyyə, plastik cərrahiyyə, ürək-damar cərrahiyyəsi, uşaq cərrahiyyəsi, travmatologiya-ortopediya, otorinolarinqologiya, oftalmologiya, onkologiya, mamalıq-ginekologiya, urologiya, terapiya, pediatriya, kardiologiya, nefrologiya, qastroenterologiya, hematologiya, dermatovenerologiya, revmatologiya, endokrinologiya, yoluxucu xəstəliklər, nevrologiya, psixiatriya, narkologiya, ftiziatriya, immunologiya, allerqologiya, fizioterapiya və tibbi bərpa, şüa terapiyası, şüa diaqnostikası, mikrobiologiya, patoloji anatomiya, məhkəmə tibbi ekspertiza, genetika - Cəmi 36 ixtisas

Stomatologiya:

Sosial gigiyena və səhiyyənin təşkili; stomatologiya, üz-çənə cərrahiyyəsi;

Tibbi-biologiya:

Laboratoriya işi, mikrobiologiya, genetika;

Tibbi-profilaktika:

Sosial gigiyena və səhiyyənin təşkili, gigiyena, epidemiologiya, laboratoriya işi, mikrobiologiya.

Qeyd edək ki, namizədlərin ixtisas seçimi ərizələrində 65 ixtisas seçmək hüquqları var.

Seçim ixtisasın aid olduğu kliniki baza, ödənişli və ya dövlət sifarişli olması da diqətdə saxlanılmaqla həyata keçirilir.

Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakultəsini bitirənlər istisna olmaqla) 3  il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində çalışmalıdırlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları