Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 10:09:00
Daha 4 nəfər MİQ müsabiqəsindən kənarlaşdırıldı - SƏBƏB  

İyulun 17-də ibtidai sinif müəllimliyi üzrə işə qəbul imtahanları keçirilib.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak edən 4 nəfər özünə aid olmayan şəxsiyyət vəsiqəsini təqdim etmə və köçürmə halına yol verərək imtahan qaydalarını kobud surətdə pozma səbəbilə imtahandan xaric edilib.

Dünən keçirilən imtahanda Aidə Balamirzə qızı Mikayılova, Günel Məmmədağa qızı Məmmədova və Lalə Mirkalam qızı Babayeva 58 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə ediblər.

Qeyd edək ki, Aidə Mikayılova 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, Günel Məmmədova 2013-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində, Lalə Babayeva 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alıblar.

Günel Yaşarqızı
Müəllifin digər yazıları