Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 12:08:38
Universitetət imtahansız qəbul olmaq istəyən kollec məzunlarının qeydiyyatı bu gün başa çatır

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, hazırda 14 mindən çox subbakalavr elektron ərizəsini təsdiqləyib. Ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.

Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə “Subbakalavrın elektron ərizəsi” formasını təsdiqləyirlər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.