Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 18:00:00
Məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq

Paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarına qeydiyyat bu il də elektron qaydada aparılacaq.

Bunu AzEd.az açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib. O bildirib ki, uşaqların məktəbəhazırlıq qruplarına qeydiyyatı ilə bağlı hər hansı məktəbə yaxınlaşmağa ehtiyac yoxdur. Prosesə start verildikdən sonra valideynlər övladlarını elektron sistem - mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirəcəklər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.