Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-28 13:43:00
Pianoçular riyaziyyatı niyə daha yaxşı qavrayırlar?– SƏBƏBLƏR

Hazırda əksər məktəblərdə müəllimlər barmaqlarından istifadə edərək hesablama aparmağı qadağan edirlər. Adətən,bunun çox  uşaqvari davranış olduğunu əsas gətirirlər.

Onların bu qadağası isə  barmaqların xüsusi  “görmək” qabiliyyətini sübut edən nevrologiya elminə ziddir.

Tədqiqatçı alimlər İlaria Berteletti və Ceyms R. Booth, beynin "somatosensoriyal barmaq sahəsi" ilə bağlı araşdırma aparıblar. Sınaqlarda uşaqların barmaqlarından istifadə etməsinin inanılmaz faydaları üzə çıxıb. 

Araşdırma nəticəsində aydın olub ki, 8-13 yaşları arasındakı uşaqlara nisbətən çətin hesablamalar verildikdə, onlar barmaqlarından istifadə etməsələr belə beyinlərindəki somatosensoriyal sahə işə düşür. Hətta, bu "barmaqlıq sahəsi" daha mürəkkəb hesablamalar zamanı da işə yaraya bilir.

Tədqiqat göstərir ki, vizuallıq riyaziyyatda çox vacib anlayışdır. İnsan beyni "paylanmış şəbəkələrdən" ibarətdir və biz informasiya ilə məşğul olduğumuz zaman beynin müxtəlif bölgələri bir-biri ilə ünsiyyət qurur. Xüsusilə riyaziyyat üzərində işləyərkən beyin fəaliyyəti çox müxtəlif şəbəkələr arasında paylanır. Bunlara hər ikisi vizuallıqla bağlı olan ventral və dorsal yollarda daxildir. Hətta, insanlar12x25 kimi hesablamalar apardıqda belə onların riyazi hesablaması vizual prosesdən asılı olur.

Tədqiqatlardan məlum olub ki, şagirdlərin barmaqla hesablamasına mane olmaq onların riyazi inkişafının qarşısını almaqdır. Barmaqlarımız ən faydalı görmə vasitəsindən biridir.

Beynimizdəki "barmaqlıq sahəsi" yetkinlik yaşına qədər aktiv olur. Pianoçular və digər musiqiçilərin, musiqi alətləri ilə məşğul olmayan insanlara nisbətdə riyaziyyatı daha yaxşı başa düşmələrinin səbəbi də barmaqlarla əlaqəli ola bilər. Müəllimlər təkcə kiçik yaşdakı şagirdlərin barmaq istifadəsini tərifləyib həvəsləndirməməli, eyni zamanda yuxarı sinif şagirdlərinin də barmaq hesablanmasından istifadəetmə yolu ilə beyin dinamikalarını artırmalarını təmin edə bilərlər. Bunları evdə və ya sinifdə müxtəlifoyunlar vasitəsi ilə edə bilərsiniz:

Şagirdlərə müxtəlif rəngli, dairəvi stikerlər verib barmaqlarını uyğun rəngdə olan piano notlarına toxunmalarını xahiş edin:

Şagirdlərə müxtəlif rəngli, dairəvi stikerlər verib barmaqları ilə uyğun rəngdə labirint xəttini izləməyini xahiş edin: