Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 19:12:10
İmtahanın nəticələri AÇIQLANDI  

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Mərkəz Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün iyulun 14-də keçirilən imtahanın nəticələrini elan edib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 86 abituriyentdən 2 nəfər imtahanda iştirak etməyib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi liseylərinə qəbul imtahanının nəticələri də yaxın günlərdə elan olunacaq.