Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 14:58:00
150 ballıq ixtisasları kimlər seçə bilər? –ŞƏRTLƏR

Ali təhsil müəssisələrinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Lakin bəzi ixtisaslar üzrə müsabiqə şərtləri 150 baldır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müəyyən ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Yəni, abituriyentin blok imtahanında topladığı bal minimum 50 olmalıdır.

Bu şərtləri ödəyən tələbələr 150 ballıq ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları