Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 13:58:00
Gələcək tələbələrin universitetlərə qeydiyyat tarixləri açıqlandı  

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 - 27 avqust tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust tarixlərində həyata keçiriləcək.

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində baş tutacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları