Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 11:45:00
Dünya təhsilinin sirli uğur qutusu – Estoniyada  oxumaq üçün səmərəli şərtlər  

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da xaricdə təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir. 

Son  zamanlar  tələbələr   Estoniyada təhsil almağa daha çox üstünlük verirlər.

AzEdu.az Estoniyada təhsillə bağlı sual və cavabları təqdim edir.

- Estoniya universitetlərində illik təhsil haqqı nə qədərdir?

- Estoniya universitetlərində  illik təhsil haqqı tələbələrin oxuduğu ixtisasdan asılı olaraq dəyişir. Universitetlərə illik ortalama təhsil haqqı 1000-7500 avro arasında dəyişir.

- Estoniyada tibb sahələri üzrə ixtisaslarda təhsil haqqı nə qədərdir?

- Tibb ixtisaslarında illik təhsil haqqı təxmini 11000 avroya çata bilir.

- Estoniya universitetlərində bakalavr səviyyəsi üzrə tədrisin müddəti nə qədərdir?

- Estoniya universitetlərində bakalavr proqramı üzrə tədrisin müddəti isə 3-4 ildir. Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Tibb ixtisası üzrə təhsilin müddəti 6, Stomatologiya, Əczaçılıq, Tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti isə 3-4 il davam edir.

- Estoniyada aylıq yaşayış xərcləri nə qədərdir?

- Estoniyada aylıq yaşayış xərcləri təxmini 300-500 avro arasında dəyişir.

- Hazırda Azərbaycan Dillər Universitetini bitirmişəm və Estoniyada təhsil almaq istəyirəm. Bilmək istərdim ki, Estoniyada yataqxanaların aylıq ödənişi nə qədərdir?

- Estoniyada yataqxanaların aylıq ödənişi ortalama 150 avrodur. Kirayə evlərdə yaşamaq istəyən əcnəbi tələbələr üçün isə bu rəqəm  250-500 avroya qədər arta bilər. 

- Estoniya universitetlərində qəbul olmaq üçün hansı imtahanları vermək lazımdır?

- Estoniya universitetlərində bakalavr səviyyəsində oxumaq üçün IELTS 6.5 bal toplamaq lazımdır. Eyni zamanda təhsil almaq istəyənlərin attestat qiymətləri də yaxşı olmalıdır.

 - Estoniyanın Tartu Universitetində tam təqaüdlə təhsil almaq mümkündür?

- Estoniyanın Tartu Universiteti çox zaman PhD dərəcəsi üzrə tələbələrə təqaüd verir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları