Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 09:55:00
14 iyulda dövlət qulluğuna qəbul imtahanı təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi sabah dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahan kompüterlər vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat iyunun 18-dən iyulun 12-si saat 16.00-dək aparılıb və bu müddət ərzində 83 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10.00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. 

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.