Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 17:33:00
Təhsil naziri yeni dərs ilinin başlanma və qurtarma tarixi ilə bağlı ƏMR İMZALADI

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

AzEdu.az-ın xəbərinə görə, əmrə əsasən, 2019-2020-ci dərs ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Əmrə müvafiq olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.