Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 22:24:00
Avropa məktəbində təhsil alan azərbaycanlı gənclərin sayı artacaq

“Azərbaycan Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır”.

AzEdu.az  “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə bildirib.

O deyib ki, Tbilisidə Avropa İttifaqının dəstəyi ilə Avropa məktəbi fəaliyyət göstərir: “Həmin məktəbdə keyfiyyətli təhsil verilir və Azərbaycandan olan bir neçə şagird orada təhsil alır. Biz Avropa məktəbində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasını təklif etmişik. Azərbaycan vətəndaşı olan gənclərlə yanaşı, Gürücstanda yaşayan azərbaycanlı gənclər də bu təhsil ocağında təhsilə cəlb oluna bilərlər”.

Qeyd edək ki, Tbilisi şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbi ötən ilin sentyabrında açılıb.