Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 13:43:00
Kolleclərə müsabiqə şərtləri və fənlər üzrə tələb olunan ballar- RƏSMİ

2019-cu ildə keçirilən buraxılış və qəbul imtahanları yekunlaşıb.

Redaksiyamıza ən çox daxil olan suallardan biri kolleclərə müsabiqə şərtləri və fənlər üzrə qoyulan nisbi bal tələbi ilə bağlıdır.

AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq Dövlət İmtahan Mərkəzinin saytına istinadən 9 və 11 illik bazada kolleclərə müsabiqə şərtlərini və fənlər üzrə qoyulan nisbi bal tələblərini təqdim edir:

9 illik bazada kolleclərə ixtisas seçimi 24 iyul - 5 avqust tarixlərində həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada ixtisas seçimi 15 - 19 avqust tarixlərində keçiriləcək. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər iştirak edə bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları