Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 12:27:00
İnformatika fənni üzrə Respublika birincisi məlum oldu –MİQ müsabiqəsi  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

İmtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edir.

AzEdu.az TİPİİ-nin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin məzunu olan Gülbəniz İsrafilova 57 bal toplayaraq ilk seansda iştirak edən namizədlər arasında maksimum nəticə qazanıb.

Gülbəniz İsrafilova hazırda Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika müəllimidir. Biliyini yoxlamaq və 60 balı hədəfləyərək test imtahanına qatıldığını bildirir. 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında isə Şəki rayonu üzrə müəllimlər arasında riyaziyyat fənnindən maksimum nəticə əldə edərək 58 bal toplayıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları