Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 21:01:00
Holokost faciəsini inkar edən direktor işdən çıxarıldı

Yəhudilərin faşist Almaniyası tərəfindən kütləvi qırğınını inkar edən məktəb direktoru vəzifəsindən uzaqlaşdırılır.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, məktəb rəhbəri Holokost faciəsi haqda bitərəf mövqedə olduğu üçün valideynlər onun işdən qovulmasını tələb edirlər.

Məlumata əsasən, artıq 9000 valideyn bu barədə şikayət məktubu yazıblar.

Qeyd edək ki, xarici KİV-lərdə Florida da yerləşən məktəbin direktorunun tutduğu vəzifədən azad ediləcəyinə dair xəbərlər paylaşılır.

Xatırladaq ki, Holokost faciəsi yəhudi millətinin II Dünya müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılması kimi anılır.  Dünyanın hər yerində ötən əsrin ən böyük faciəsi – soyqırımı kimi tanınan Holokost (yunanca “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) zamanı faşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb. 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə başlayan fəlakət sonda faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələnib.