Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 15:42:00
Rezident olmaq istəyənlərin nəzərinə - Vacib tarixlər

Rezidenturaya qəbul üzrə müsabiqənin II mərhələsinə artıq sayılı günlər qalıb.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üçün nəzərdə tutulan II mərhələdə iştirak üçün 447 nəfər qeydiyyatdan keçib. Onların 394-ü Azərbaycan; 53-ü isə Rus bölməsi  üzrə imtahan verəcək.

İmtahanlar başa çatdıqdan sonra da rezident olmaq istəyənləri uzun bir yol gözləyir. AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən rezidenturaya qəbul olunmaq istəyənlər üçün vacib tarixləri təqdim edir:

-Rezidenturayaqəbul imtahanı üçün buraxılış vərəqələrinin çapı: 8– 13 iyul:

-Rezidenturaya qəbul imtahanı 14 iyul;

-Rezidenturaya qəbul üzrə ixtisas seçimi 16– 22 iyul;

-Rezidentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı:29 iyul–2 avqust;

-Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi: 5 – 6 avqust;

-Boş qalan yerlərə qəbul olunan namizədlərin qeydiyyatı: 8 - 9 avqust.

Qeyd edək ki, bu tarixlər yalnız müsabiqə şərtini ödəyən və ixtisas seçimi hüququ qazanan namizədlərə aid olacaq. İxtisas seçimində isə müsabiqə şərtlərini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər iştirak edə biləcəklər.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları