Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 19:30:00
BDU-nun ilk alim-tələbə məzunu  

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bakalavr pilləsini müvəffəqiyyətlə bitirən Zahir Babayev ilk alim-tələbə kimi məzun olub. 

BDU-dan AzEdu.az bildiriblər ki, Z.Babayevin 33 yaşında, alimlik dərəcəsindən sonra yenidən bakalavr təhsili almaq üçün bu ali məktəbi seçməsi heç də təsadüfi deyil. O, bunu insanın öz arzusu ilə əlaqədar çalışmağı ilə izah edir və deyir ki, ümummilli lider Heydər Əliyevin məzunu olduğu BDU-da təhsil almaq böyük xoşbəxtlikdir. 

Z.Babayev BDU-dan başqa Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və digər elm və təhsil müəssisələrində də tədqiqatlar aparır. 

2006-2019-cu illərdə bir neçə beynəlxalq elmi simpoziumda və forumda iştirak edən Z.Babayevin məqalələri yerli və xarici elmi nəşrlərdə, o cümlədən Rusiya, Ukrayna və Gürcüstanın hüquq akademiyalarında, NATO-nun nəşr etdirdiyi “Diplomatiya və Hüquq” jurnalında yer alıb.