Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 17:51:00
Rezidentlərin nəzərinə - İmtahana buraxılış vərəqəsini çap edə bilərsiz

Rezidenturaya qəbul imtahanının  iyulun 14-də keçiriləcək 2-ci mərhələsində iştirak edəcək namizədlərin buraxılış vərəqələrinin çapına artıq başlanıb.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib

İmtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.