Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 17:00:00
Peşə təhsili müəssisələrinə lisenziya hansı müddətə verilir? - CAVAB  

Azərbaycan Respublikasında hər bir peşə təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır.

AzEdu.az bu yazıda “Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu”na istinadən  peşə təhsili ilə bağlı lisenziyaların verilməsi və ləğvi ilə bağlı məlumat verir.

Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir

Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaları bizdə tanına bilər. Bu zaman həmin lisenziyalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

Peşə təhsili sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən lisenziya şərtləri pozulduqda, peşə təhsilinin dövlət standartının tələbləri yerinə yetirilmədikdə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda onların lisenziyası ləğv edilir.

Bundan əlavə, peşə təhsili müəssisəsinin akkreditasiyadan keçə bilməməsi onun lisenziyasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğvi üçün əsasdır.

Rəna Nəbi