Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 14:45:00
AMEA-dan coğrafiya müəllimlərinə dəstək - Bu fənnin əvvəlki  nüfuzu özünə qaytarılır

İyunun 30-da coğrafiyaçı fəallar – Azərbaycanın müxtəlif şəhər və kəndlərinin ali və orta məktəb müəllimləri, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də coğrafiya dərsliklərinin müəllifləri, Dövlət İmtahan Mərkəzinin ekspertlərinin görüşü keçirilib. 

AMEA Coğrafiya İnstitutundan AzEd.az-a verilən məlumata görə, görüşün təşkilində məqsəd Azərbaycan təhsilində coğrafiya fənninin bugünkü vəziyyəti, tədrisində olan problemlər və fənnin gələcək durumu haqqında müzakirələr aparmaq olub.

Görüşdə iştirak edən müəllimlər coğrafiya fənninin orta və ali məktəblərdə mövcud problemlərindən, bakalavr və magistratura pillələri üzrə qəbul imtahanlarına salınmış sualların qəlizliyindən, coğrafiya fənninin orta və ali məktəblərdə nüfuzunun azalmasından və buna əsas səbəb kimi fənnin nə buraxılış imtahanlarında, nə də ali məktəblərə qəbul imtahanlarında II ixtisas blokundan başqa digər bloklara salınmamasından danışıblar. 

Məsələ ilə bağlı bir çox təkliflər irəli sürülüb.