Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 14:32:26
Rezident olmaq istəyənlərin nəzərinə - İxtisas seçimi nə vaxt başlanacaq?  

Rezidenturaya qəbul üzrə müsabiqənin 14 iyulda keçiriləcək II mərhələsində iştirak üçün qeydiyyat artıq başa çatıb. Qeydiyyatdan keçməmiş namizədlər ixtisas fənləri üzrə bilikləri qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Bəs, rezidenturaya qəbul olunmaq istəyənlərin ixtisas seçimi nə zaman baş tutacaq?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, rezidenturaya qəbul olunmaq istəyənlərin ixtisas seçimi ixtisas fənləri üzrə bilikləri qiymətləndirilməsi imtahanı yekunlaşdıqdan sonra 16 iyul tarixində  başlanacaq. İxtisas seçimi iyulun 22-dək başa çatacaq.

İxtisas seçimində isə müsabiqə şərtlərini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər iştirak edə biləcəklər.

Rezidenturaya qəbulun II mərhələsi üçün 447nəfər qeydiyyatdan keçib. Onların 394-ü Azərbaycan; 53-ü isə Rus bölməsi  üzrə imtahan verəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları