Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 13:15:00
Koreyalı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar

Koreya Respublikasının Conqıb İncəsənət Muzeyinin rəhbəri və əməkdaşları - professor Hung Li, Kim seung-Bim və Yu Jin-seob Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar. 

AzEdu.az xəbər verir ki, görüşdə bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı MATM-ın tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, 2020-ci ildə muzeyin 100 illiyi qeyd ediləcək. MATM-ın xarici ölkə muzeyləri ilə sıx əməkdaşlıq etdiyini söyləyən direktor muzeylərarası səyyar sərgilərin təşkil olunduğunu diqqətə çatdırıb.

Görüşdə gələcəkdə birgə sərgilərin keçirilməsi məsələləri barədə müzakirələr aparılıb.

Koreyalı qonaqlar muzeydə yeni açılan “Şəki: irsimizi yaşadan ulu diyar” mövzusunda sərgi ilə tanış olublar. Onlara muzeyin nəşrləri təqdim olunub.(Azərbaycan müəllimi qəzeti)