Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 13:00:23
İmtahan verən müəllimlərdən ürəyi gedənlər var?  

Bu gündən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.  Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ilk günündə alman dili və tarix müəllimi olmaq istəyən 2792 namizədin iştirakı gözlənilir.

AzEdu.az xəbər verir ki, sosial şəbəkələrdə imtahan gedişi ilə bağlı hər hansı bir xoşagəlməz halın olub –olmaması ilə  bağlı Təhsil Nazirliyinin  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az saytına açıqlama verib.

“İndiyə qədər hələ ki sağlamlıqla  bağlı müraciət edən yoxdur. İstənilən bir hal olarsa, müvafiq tədbir görüləcək. Çünki təcili tibbi yardım maşınları və həkimlər imtahan keçiriləcək ərazidə axşama qədər fəaliyyət göstərəcək . Hər hansı bir hadisə baş verərsə, o dəqiqə reaksiya veriləcək”.