Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 15:05:57
Mediamız təhsil problemlərinə necə güzgü tutur –“Təkcə xəbər yazırlar, vəssəlam”

Təhsil millətin gələcəyidir. İnkişaf,yenilik,hadisələrdən başqa təhsildə olan problemlərə toxunulması çox vacib məsələdir.

“Mediada hansı təhsil vacib  problemlərinə toxunulmur?”  sualını  ali təhsil müəssisələrinin mətbuat katiblərinə ünvanladıq.

AzEdu.az-ın sualını cavablandıran Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev,  konkret hansısa problemlərə toxunulmadığını düşünmədiyi bildirib:

“Zaman-zaman bütün problemləri jurnalist həmkarlarımız gündəmə gətirir.  Fikrimcə, elmi tədqiqat işlərinə çox yer ayrılmır. Elə sahələr var ki, orda belə tədqiqatların aparılması zəruridir, lakin onlar gündəmə gətirilmir. Bu istiqamətdə araşdırmalar olsa, elm də təhsillə paralel  inkişaf edər.  Son illər təhsilin inkişafı xeyli güclənib. Tendensiyalar,dəyişikliklər baş verib.  Düşünmürəm ki,  hansısa ali təhsil müəssisəsində kargüzarlıq işləri onlayn həyata keçirilməsin. Bu o deməkdir ki, Açıq Hökumətin tələbləri yerinə yetirilir, yəni şəffaflıq yaranır. Məsələn, mənim təmsil etdiyim ali təhsil müəssisənin İctimaiyyət Şurasının üzvləri dəfələrlə etiraf ediblər ki, Texniki Universitetdə artıq şəffaflıq təmin olunub. Bunun özü böyük addımdır. Bundan əlavə keyfiyyətin artırılması da var. Xaricə gedən müəllim, tələbələrin qayıdıb universitetdə dərs vermələri təhsilin keyfiyyətinə də təsir edir. Təbii ki, maddi -texniki bazanın artırılması, laboratoriyaların, mərkəzlərin açılması, startap layihələrin işlənməsi, ideya nın biznesə çevrilməsi  mühiti yaranıb. Bununla paralel elm də mütləq şəkildə inkişaf etməlidir. Elmi tədqiqatlar işıqlandırılmalı və media vasitəsilə biznes strukturlarına çevrilməlidir”.

Facebook sosial şəbəkəsində "Azərbaycan Universitetləri" səhifəsinin admini Zöhrab Süleyman  bildirib ki, ən böyük problemimiz  universitetlərdən məlumat ala bilməməyimizdir. Məsələn, universitetdə neqativ bir hal olur,  mən “Azərbaycan universitetləri” səhifəsində yayımlayıram. Hansı universitet haqdadırsa  zəng edib ya hədələyirlər, ya da deyirlər niyə bizdən rəsmi məlumat almamısız. Onsuz rəsmi məlumat alanda deyirlər ki, belə bir şey baş verməyib. İstənilən halda heç bir universitetdən deyilməyəcək ki, bizdə filan problem var. Problem varsa, işıqlandırılmalıdır.Mənim ən böyük problemim budur. Məlumat almaq çətindir, çünki universitetlərin saytları bərbad vəziyyyətdədir və e-mail-lə işləyə bilmirlər. Məsələn, ayda bir dəfə hansısa məlumat almaq üçün e-mail göndərirəm. 1 ay sonra cavab gəlir. Halbuki bir dəqiqəlik işdir. “Təhsil haqqında” yeni qanunlar paketi hazırlanıb.  Çox istəyərdim ki, onun açıqlaması verilsin. Nədir,hansı dəyişikliklərdir? “Təhsil haqqqında” qanun cəmiyyətə açılmalıdır ki, orda nə var.  Bunları açmaq Təhsil Nazirliyinin səlahiyyətindədir,açmalıdırlar. Heç bir yerdə rəsmi məlumat açılmır”.

Ümumiyyətlə bizim media təhsil məsələlərinə bir o qədər də diqqət yetirmir. Bu sözləri Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərov deyib. Onun sözlərinə görə, ciddi məslələr var ki,onları mediada görməmişəm.“Azərbaycan müəllimi”qəzetini son zamanlar oxuyuram, orada ciddi məsələlər qabardılır, mövcud problemlər araşdırılır.

“Burada dünya təhsil sistemində hansı yeniliklərvə inkişaf  var , bununla bağlı yazılar verilir. Bir də Modern.az saytı da əvvəllər maraqlanırdı belə şeylərlə, neçə dəfə sorğular edib. Başqa saytlarda o qədər də ciddi materialların şahidi olmamışam. Daha çox xəbər verilir, hansısa məsələyə münasibət öyrənirlər  bununla da iş bitmiş hesab olunur. Xeyli məsələlər var ki, onlar haqqında araşdırmaq, yazmaq olar. Modern.az-da da pauza yaranmışdı, sizin sayt yarandı. Bu da yaxşı bir haldır. İnanıram ki, AzEdu saytında ciddi araşdırma, materiallar dərc olunacaq.  Dünya təhsil sisteminə nə dərəcədə inteqrasiya edə bilirik,tədris prosesi nə qədər keyfiyyətlidir bunlarla bağlı yaxşı yazılar görmək istəyərdim. Məsələn, universitetlərdə yataqxana problemi var. Müxtəlif tələbələrlə,istedadlı gənclərlə maraqlı layihələr etmək olar.Onları tapmaq, işıqlandırmaq lazımdır. Təhsil sistemimiz qərb təhsili və ya digər ölkələrlə nə dərəcədə ayaqlaşır. Təhsil harda daha keyfiyyətlidir?”