Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-07 12:47:00
Bugünkü imtahanda 700 bala namizəd 3 abituriyent - Onları tanıyaq

I və IV ixtisas qrupları üzə qəbul imtahanları başa çatdı.

2019-cu ildə bu qruplar üzrə 700 ballıq nəticə göstərə bilən abituriyent olmadı.

Bu gün isə II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları keçirilir.

AzEdu.az həmin imtahanda 700 bal toplamağa namizəd 3 abituriyenti və onların ümumi nəticələrini ( buraxılış və yaz qəbul imtahanındakı) təqdim edir:

Masallı rayonu, 4 saylı Digah tam orta məktəbinin məzunu Şəhriyar Səmədov - II ixtisas qrupu üzrə 680,3 bal;

Sumqayıt şəhər 22 saylı məktəbinin məzunu Sərxan Həsənov – III ixtisas qrupu üzrə  675,7 bal;

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü Gimnaziyanın məzunu  Jalə Əhmədzadə - II ixtisas qrupu üzrə 641,6 bal.

Xatırladaq ki, abituriyentlər şəxsi seçimlərindən asılı olaraq yay qəbul imtahanlarında iştirak etməyə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları