Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 17:20:00
Veb-texnologiyaların elmi-nəzəri problemləri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda veb-texnologiyaların elmi-nəzəri problemləri araşdırılıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, ötən yarım il ərzində veb-texnologiyaların elmi-nəzəri problemləri araşdırılıb, e-demoqrafiyanın formalaşdırılması və intellektual analiz texnologiyalarının, eləcə də e-dövlət mühitində Azərbaycan dilinin tətbiqi və inkişafına dair bəzi xidmətlər yaradılması konsepsiyası işlənilib. Bu məqsədlə milli terminoloji informasiya mühiti OLAP əsasında qurulub, qərarların qəbulunu dəstəkləyən sistem işlənilib. Veb-texnologiyaların intellektual analizi aparılıb, veb-spamlarla mübarizə texnologiyalarının və Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası problemləri araşdırılıb.