Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 14:15:00
Müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlər hazırki işindən azad olunur? - RƏSMİ 

Cari ilin 8-24 iyul tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Bəs MİQ müsabiqəsinin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlər hazırki işindən azad olunur? 

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, hazırda müəllim işləyənlər MİQ müsabiqəsinin test mərhələsində keçid balı toplamasa da işindən azad olunmur.

Qeyd edək ki, MİQ müsabiqəsinin test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları