Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 13:13:00
Bakıda sentyabradək tikilib-təmir olunacaq məktəblər - RƏSMİ  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tebeliyindəki məktəblərdə yeni dərs ilinə hazırlıq işləri gedir.

Bəs, yeni tədris ili başlayanadək paytaxt ərazisində neçə məktəbin tikilməsi və ya əsaslı təmir olunması planlaşdırılıb?

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 4 məktəbdə əsaslı təmir işləri aparılır. 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpuslarının  sökülərək yenidən tikintisi həyata keçirilir. Həmçinin 1 məktəb üçün əlavə korpusun tikintisi də davam etdirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə 1 yeni orta təhsil müəssisəsinin tikintisi başa çatdırılıb.

Həmçinin 2 məktəbin köhnə korpuslarının, 2 məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi nəzərdə tutulur. 1 məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır.

Qeyd edək ki, paytaxtda məktəb şəbəkəsi mövcud tələbata uyğundur. Bu səbəbdən modul tipli məktəblərin tikintisi nəzərdə tutulmayıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları