Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 09:00:00
Test imtahan mərhələsinin  tarixi və  yeri müəllimlərə göndərildi -MİQ həyəcanı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib.

AzEdu.az xəbər verir ki, test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, imtahana gələn namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.