Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 11:50:55
Müəllimlərin işə qəbulu üzrə imtahanların bu tarixlərdə keçiriləcək

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. 

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, 24 iyun – 3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib.

Onlardan 52 638 namizəd elektron ərizəsini təsdiq edib.

İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.

Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.