Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 11:06:00
MİQ üzrə müsabiqələrdə heç bir halda qabiliyyət imtahanları olmayacaq - RƏSMİ  

Təhsil Nazirliyi daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu sisteminə üzrə elektron sənəd qəbulu başa çatıb. 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək. 

Bəs builki MİQ müsabiqəsində qabiliyyət tələb edən ixtisaslardan qabiliyyət imtahanı olacaq? 

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, MİQ müsabiqəsi zamanı qabiliyyət tələb edən ixtisaslar üzrə xüsusi  imtahanı olmayacaq.

Qeyd edək ki, MİQ müsabiqəsinin test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları