Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 19:25:58
Rekord  bal toplayan Bərdə məktəblisi:  “Bu metodu sınayanlara  yeni model çətinlik yaratmır”

“İmtahandan çıxanda yaxşı olacağını bilirdim, amma 400 bal toplayacağımı düşünmürdüm. Bu, həm valideynlərimin, həm də müəllimlərimin əziyyətinin nəticəsidir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı IV ixtisas qrupu üzrə  400 bal toplayan Bərdə rayonu 5 saylı şəhər orta məktəbinin məzunu Təhmin Muradov deyib. Təhmin Tibb Universitetinin Müalicə işi fakültəsini seçəcəyini bildirib:

"Buraxılış imtahanından 294,6 bal toplamışdım. Ümumilikdə nəticəm 694,6 baldır. Sualların hamısı dəqiq cavab tapıla biləcək tapşırıqlar idi. Çətin suallar olsa da, hamısını cavablandırmaq olardı. Əgər planlaşdırılmış şəkildə çalışırsınızsa, yeni qaydalarda təşkil olunan imtahanlar o qədər də çətin deyil".

Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları