Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 18:35:55
Qəbulda maksimal nəticə göstərən   Sevər:  “Hədəfim 700 bal  və bu universitet idi”

 

"İmtahan çox rahat keçdi. Yaz qəbul imtahanında həyəcanlanlı olsam da, bu imtahanda heç həyəcanlanmadım" 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə 400 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevər Cəfərli deyib. O, yaz qəbul imtahanlarında 385 bal toplayıb:

"Ümumi nəticəm 684,2 bal oldu. Suallar yeni tipli olduğu üçün Azərbaycan dili fənnindən daha əvvəl rastlaşmadığımız suallar var idi. Lakin elə də çətinlik yaşamadım. Məktəbdə bu cür suallara hazırlaşmışdıq. I ixtisas qrupunu seçəndən hədəfim 700 bal və Bakı Ali Neft Məktəbi olub".

Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları