Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 15:47:07
İki fənni tədris edən müəllimləri MİQ-lə bağlı narahat edən məqam –Rəsmi cavab  

Təhsil haqqında sənədində iki ixtisas qeyd olunan namizədlər müsabiqədə iştirak etmək istədikləri fənni seçə bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə İnsan resursları mərkəzindən məlumat verilib.

Bildirilib ki, təhsil haqqında sənədində iki ixtisas (tarix və coğrafiya müəllimliyi, riyaziyyat-informatika müəllimi və s.) qeyd olunan namizədlər müsabiqədə iştirak etmək istədikləri fənnə uyğun olaraq ''təhsil haqqında məlumatlar''  bölməsində ixtisas başlığı altında qeyd olunan ixtisası seçməlidirlər.

Məlumata əsasən, ''Tarix və coğrafiya müəllimliyi'' ixtisası üzrə təhsil almış namizəd coğrafiya fənni üzrə müsabiqədə iştirak etmək istəyirsə, elektron ərizəsində  ''təhsil haqqında məlumatlar''  bölməsində müvafiq xanada ''coğrafiya'' başlığından ''tarix və coğrafiya müəllimliyi'' ixtisasını seçməlidir.

Qeyd edək ki, iyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin I mərhələsi iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin 8-24 iyul tarixlərini əhatə edəcəyi planlaşdırılıb.