Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 11:16:01
Rezidentlərin nəzərinə - Bu klinikalarda icbari tibbi sığorta tətbiq olunacaq  

Rezidenturaya qəbul müsabiqəsinin II mərhələsi artıq yaxınlaşır.

“Rezidentura”-3 jurnalında qeyd olunub ki, Azərbaycan Tibb Universitetinə 300, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə 42, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 187, Naxçıvan Dövlət Universitetinə 40 olmaqla, ümumilikdə 569 plan yeri ayrılıb.

Rezidentlərin ən çox verdikləri suallardan biri isə tibbi sığortanın tətbiq ediləcəyi kliniki bazalarla bağlıdır. Onlar tibbi sığortanın rezidentlərin əməkhaqqına təsir göstərəcəyini bilir, ixtisas və kliniki baza seçimi zamanı bunu nəzərə almaq istəyirlər.

AzEdu.az xəbər verir ki, icbari tibbi sığorta 2020-ci il, yanvarın 1-dən TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində olan tibb müəssisələrində tətbiq olunacaq.

Nəticədə yalnız bu tibbi müəssisələr Səhiyyə Nazirliyinin tabeliyində qalacaq:

-Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi,

-Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri,

-Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri,

-Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri,

-Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı,

-Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər),

-Respublika Leproz (Cüzam) Xəstəxanası,

-Taun əleyhinə stansiya və şöbələr,

-İctimai Səhiyyə və İslahatlar Mərkəzi,

-Respublika QİÇS-lə Mübarizə Mərkəzi,

-Ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, "Tibb” qəzeti, "Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, "Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və "Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri,

-Bakı Sağlamlıq Mərkəzi,

-Talassemiya Mərkəzi.

Aşağıdakı müəssisələr isə TƏBİB-in tabeliyinə veriləcək və icbari tibbi sığorta ilə fəaliyyət göstərəcək:

-B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu,

-K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu,

-Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu,

-V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,

-Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu,

-Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu,

-Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu,

-Tibbi mərkəzlər və birliklər,

-M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi,

-Xüsusiləşdirilmiş Angioloji Mərkəzi,

-Respublika Perinatal Mərkəzi,

-Respublika Uşaq Stomatoloji Mərkəzi,

-Respublika Narkoloji Mərkəzi,

-Respublika Endokrinoloji Mərkəz,

-Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası,

-Respublika Uşaq Klinik Xəstəxanası,

-Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası,

-1 nömrəli Respublika Psixiatriya Xəstəxanası,

-Neyrocərrahlıq Xəstəxanası,

-Respublika Dəri-Zöhrəvi Dispanseri,

-Tibbi Reabilitasiya Xəstəxanası,

-Psixi Sağlamlıq Mərkəzi.

Qeyd edək ki, rezidenturaya qəbulun II mərhələsi üçün 447nəfər qeydiyyatdan keçib. Onların 394-ü Azərbaycan; 53-ü isə Rus bölməsi  üzrə imtahan verəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları