Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-30 14:45:00
Qəbul imtahanında iştirak edəcək abituriyentlər sabahdan "buraxılış vərəqəsi"ni çap edə bilərlər

7 iyulda II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər sabahdan etibarən qəbul imtahanında iştirak etmək üçün  "buraxılış vərəqəsi"ni çap edə biləcəklər.

"İmtahana buraxılış vərəqəsi" DİM-in rəsmi saytında (dim.gov.az) yerləşdiriləcək.

Qeyd edək ki, "buraxılış vərəqəs"si olmayan heç bir abituriyent imtahana buraxılmayacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları