Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-30 12:13:00
Qəbul imtahanlarında müsabiqə şərtləri dəyişdiriləcək? - RƏSMİ CAVAB

7 iyulda II və III ixtisas qrupları üzrə keçiriləcək imtahandan sonra 2019-cu ildə baş tutacaq qəbul imtahanları başa çatacaq.

Abituriyentləri son günlərdə maraqlandıran əsas suallardan biri də müsabiqə şərtlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

Xüsusilə də ümumi balı 200-dən çox olan abituriyentlərin bəziləri, imtahanın II mərhələsi üzrə 100 bal məhdudiyyətini ödəyə bilmədiyinə görə müsabiqədən kənarda qalıb.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın II mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müsabiqə şərtlərində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları