Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 14:51:00
Kosmonavtlar Nibiru planetindən DANIŞDILAR

Nibiru planeti Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb.

AzEdu.az  xəbər verir ki, bu barədə məşhur ufoloq Skott Uorinq məlumat verib. O, bildirib ki, UNO NASA obyektivi tərəfindən lentə alınıb. Kosmonavtlar qeyri-adi obyektə tamaşa ediblər.

"UNO-nun səhti işıqlıdır. Ehtimal edilir ki, bu işığın mənbəyi gəminin mühərrikləridir. Mən bir neçə foto çəkdim. Bu, artıq yadplanetlilərin gizlənmədiyini və məqsədli şəkildə insanları qorxutduğunu sübut edir. Onları heç nə və heç kimsə dayandıra bilməz", - deyə ekspertlərdən biri deyib.

Bir çox ufoloq ekspertin fikri ilə razıdır. Onların fikrinə əsasən, Nibiru Beynəlxalq Kosmik Stansiyanın yeni ekipajını qorxutmaq qərarına gəlib.

Yadplanetlilərin  əsas məqsədi təhlükə barədə dünyaya məlumat ötürmək və panika yaymaqdır.

 Başqa bir versiyaya əsasən, yadplanetlilər təcrübə üçün qurban axtarırlar. Ufoloqlar hətta kosmonavtlardan birinin Nibiru laboratoriyasında olduğundan şübhələnirlər. Astronavt alma yeməkdən imtina etdikdən sonra bu fikir formalaşıb. Ehtimal edilir ki, o, artıq qida qəbul edə bilmir. (olke.az)