Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 11:02:00
Ötənilki nəticə ilə vakansiya seçmək istəyənlər də elektron qeydiyyatdan keçməlidirlər – RƏSMİ

Ötən ilin müsabiqə nəticəsi ilə yalnız vakansiya seçimində iştirak edəcək şəxslərin elektron qeydiyyatı da iyul ayının 3-dfə başa çatacaq. 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, həmin namizədlər elektron qeydiyyatdan keçdikləri zaman test imtahanı mərhələsində iştiraklarını təsdiqləmədən ötən ilin nəticəsi ilə müsabiqəyə qatıldıqlarını bildirməlidirlər.

Qeyd edək ki, iyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin I mərhələsi iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.Müsabiqənin test imtahanı mərhələsinin 8-24 iyul tarixlərini əhatə edəcəyi planlaşdırılıb.