Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 16:40:00
Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək – Rəsmi MİQ qərarı  

Növbəti illərdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yerlərin seçilməsi mərhələsində müəyyən dəyişikliklər ediləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tv-nin “Təməl” verilişində Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, müsabiqənin vakant yerlərin seçilməsi mərhələsində namizədlərə vakansiyanın yerləşdiyi yer barədə müəyyən məlumatlar verilir. Lakin növbəti illərdə, müəllim olmaq istəyən şəxslərə bu mərhələdə vakansiyalar barədə daha ətraflı məlumat verilməsi planlaşdırılır.

Murad Camalzadənin sözlərinə görə, test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Qeyd edək ki, iyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün təxminən 32 min namizəd elektron qeydiyyatdan keçib, onlardan 28 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.