Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 16:25:00
Nazirlikdən ərizəsini təsdiqləməyən namizədlərə xəbərdarlıq - Növbəti şans yaradılmayacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün artıq təxminən 32 min namizəd elektron qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tv-nin “Təməl” verilişində Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün qeydiyyatdan keçənlərin təxminən 3500 nəfəri elektorn ərizəsini təsdiqləməyib. Həmin şəxslərə tövsiyyə olunub ki, namizədlər fikirlərini dəqiqləşdirsinlər. Çünki elektron ərizəsini təsdiq etməyən namizədlər üçün növbəti imtahan şansı yaradılmayacaq.

Məlumata əsasən, iyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün təxminən 32 min namizəd elektron qeydiyyatdan keçib, onlardan 28 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.