Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 10:09:26
Ali məktəblərə qəbul oluna bilməyənlərə şad xəbər! - “Bu ildən hazırlıq qrupları fəaliyyət göstərəcək”

Ali məktəbə qəbul olmayanlar üçün bu ildən etibarən ixtisas seçimi başa çatdıqdan sonra (boş qalan yerlər üzrə də bura daxildir) Təhsil Nazirliyinin müəyyən etdiyi ali məktəblər və ixtisaslar üzrə hazırlıq qruplarına qəbul elan ediləcək.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib. O qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmayan və Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan müsabiqə şərtlərini ödəyən (bu barədə DİM məlumat verəcək) abituriyentlər həmin yerlər üzrə ixtisas seçimində iştirak edəcəklər:

“Bu proses DİM tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Hazırlıq qruplarında tədris alanlar sonda DİM tərəfindən keçiriləcək buraxılış imtahanında iştirak edəcəklər. Buraxılış imtahanında (bu barədə DİM tərəfindən açıqlama veriləcək) müvəfəqqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin I kursuna qəbul olunacaqlar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları