Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 11:49:11
Şagirdləri gözləyən təhlükə və maneələr – Valideynlər ən çox nələrdən qorxurlar?

Təhsilin Nobel mükafatı kimi qəbul edilən “Global Teacher” mükafatını təqdim edən Varkey Fondu, dünyanın ən böyük sosial araşdırma şirkətlərindən olan Ipsos Mori ilə birlikdə valideynlərin ümid, qorxu və istəklərini araşdırıb.

AzEdu.az xəbər verir ki, araşdırma əsasında, içində Türkiyənin də olduğu 29 ölkədən 27 min 500 ailəylə görüş təşkil edilib.

Sorğu iştirakçısı olan 29 ölkə aşağıdakılardır: Argentina, Hindistan, Sinqapur, Avstraliya, İndoneziya, Cənubi Afrika, Braziliya, İtaliya, Cənubi Koreya, Kanada, Yaponiya, İspaniya, Çin, Keniya, Türkiyə, Kolumbiya, Malayziya, Uqanda, Estoniya, Meksika, Böyük Britaniya, Finlandiya, Peru, ABŞ, Fransa, Polşa, Vyetnam, Almaniya və Rusiya.

Türkiyədən 1000 valideyn sorğuya qatılıb. Ümumi nəticələr Estoniya (500), Keniya (501) və Uqanda (371) istisna olmaqla, bütün ölkələrdən 1000 nəfər qatılmaqla əldə olunub. Sorğular 4-18 yaş arası məktəbli uşaqların valideynləri arasında keçirilib və  sorğu internet üzərindən aparıldığı üçün, internet sürətinin aşağı olduğu (Hindistan, Uqanda, Keniya, Peru və İndoneziya kimi) ölkələrdə, şəhərdə yaşayıb internet istifadə edən və ümumiyyətlə daha yaxşı təhsil almış və maddi imkana sahib əhali iştirakçı olub.

2018 - Türkiyə nəticələri

-Türkiyədəki valideynlərin üçdə biri (33%), terror və qarşıdurmanı uşaqlarının gələcəyi baxımından ən təhlükəli üç mövzudan biri olaraq görürlər. Almaniyadan (34%) sonra Türkiyə, bu nəticə ilə dünyada ikinci sıranı tutur. (Global ortalama 16%)

-Türk valideynlər məktəbdə uşaqlarının təhlükəsizliyindən narahatdırlar; təhlükəsizliyi məktəb ilə əlaqədar ən narahatlıq verici üç mövzudan biri olaraq sıralayanlar bütün valideynlərin 44%-ni  təşkil edir. (Global ortalama 34%)

-Türk valideynlərin cəmi dörddə birindən azı (24%) ölkələrindəki dövlət məktəblərinin keyfiyyətini "olduqca yaxşı" ya da "çox yaxşı" olaraq xarakterizə edir. Bu, Peru (14%), Meksika (18%) və Uqanda (20%) 'dan sonra dünyada ən aşağı dördüncü göstəricidir. (Global ortalama isə 45%-dir. Türkiyə bu nəticə ilə qlobal olaraq 26. sıradadır)

-"Övladınızın uğurlu olması üçün universitetə girməsini nə qədər vacib görürsünüz?" sualına valideynlərin yarıdan çoxu (55%) əhəmiyyətli hesab etdiklərini deyiblər. Bu nisbət qlobal ortalamadan (40%) çox üstündür.

-"Bütün bunları gözə aldığınız təqdirdə uşağınızın gələcəyi haqqında nə qədər optimist / pessimistsiniz?" sualına türk valideynlərin yarısından azı (49%) bu mövzuda optimist olduğunu deyiblər. Bu, qlobal nəticələrdən (60 faiz) aşağı göstəricidir.