Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 15:10:00
Müxtəlif kliniki bazalar üçün ayrılan plan yerləri - Rezidentura 3  

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Jurnalda rezidenturaya qəbul planının kliniki bazalar üzrə paylanması da əks olunub.

AzEdu.az bildirir ki, “Rezidentura 3” jurnalındakı məlumata görə, ümumilikdə 569 plan yeri nəzərdə tutulub. Onlardan cəmi 12 plan yeri ödənişli əsaslarladır.

Azərbaycan Tibb Universitetinə 300, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə 42, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 187, Naxçıvan Dövlət Universitetinə isə 40 yer ayrılıb.

Qeyd edək ki, rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları