Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 12:43:00
Magistraturada qiyabi təhsilin ləğvinin gənclərə vurduğu zərbə - TƏHLİL  

2012-ci ildə ilk dəfə olaraq bakalavrlara təhsilalma formasının (əyani və ya qiyabi) müəyyənləşdirilməsində yeni seçim imkanı yaradılıb.

Yəni, magistratura səviyyəsinə qəbul olan bakalavrlar qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçərkən istədikləri təhsilalma formasını (əyani və ya qiyabi) seçiblər.

AzEdu.az “Abituriyent” jurnalına istinadən xəbər verir ki, bakalavrlar isə qiyabi təhsilalma imkanından maksimum yararlanmağa çalışıblar. Nəticədə, 2011-ci illə müqayisədə 2012-ci ildə qiyabi təhsilalma formasını seçənlərin nisbi sayı yüksəlib. Belə ki, əgər 2011-ci ildə bu cür seçim imkanı olmadığı üçün qəbul olanların yalnız 27.3%-i qiyabi təhsil verilən ixtisaslaşmaları seçmişdisə, 2012-ci ildə artıq qiyabi təhsil almağa üstünlük verənlər qəbul olanların 35.5%-ni təşkil ediblər. Göründüyü kimi, təhsilalma formasının seçimi üçün verilən sərbəstlik mühüm dəyişikliyə səbəb olub. Abituriyentlərdən fərqli olaraq bakalavrların bir çoxunun qiyabi təhsil almağa meyilli olmalarını onların əmək fəaliyyəti ilə məşğul olmaları ilə izah etmək olar. Bu səbəbdən, həmin kateqoriyadan olan bakalavrlar magistraturada qiyabi təhsilalma formasına üstünlük verirlər. Bu isə, öz növbəsində, əmək fəaliyyətini və təhsili eyni vaxtda davam etdirməyə imkan yaradır. Lakin 2013-cü ildən etibarən bu təcrübədən imtina edilib və bakalavrların təhsilalma formasını sərbəst seçmək imkanı olmayıb. Nəticədə, təhsil forması qiyabi olan ixtisaslaşmalara qəbul olanların nisbi sayı 2013-cü ildə 24.6%-ə qədər azalıb. 2014-cü ildən etibarən isə qəbul planında qiyabi təhsil formasına 56,87% 35,64% 6,70% 0,79% Dövlәt ali tәhsil müәssisәlәrinin ödәnişli tәhsil formasına qәbul olanlar Dövlәt ali tәhsil müәssisәlәrinә dövlәt sifarişi әsasında qәbul olanlar Özәl ali tәhsil müәssisәlәrinin ödәnişli tәhsil formasına qәbul olanlar

Yuxarıda qeyd olunanları nəzərə alsaq, əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistratura səviyyəsində bilik və bacarıqlarını artırmaq imkanlarının məhdudlaşdırıldığı aydınlaşır. Bu isə, öz növbəsində, əmək bazarına öz mənfi təsirini göstərəcək. Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etmək əvəzinə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur. Dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Şükufə Süleymanlı