Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 13:17:15
Xaricdən aldığı diplomları tanınmayanlar üçün əla şans-Buraya müraciət edin  

Xarici universitetlərdə təhsil almaq istər dünyangörüşün formalaşması, istərsə də təhsil, elm baxımından əhəmiyyətlidir. Amma bəzən gənclərimiz xaricdə təhsil aldıqdan sonra diplomlarının Azərbaycanda tanıdılmasında problemlə qarşılaşırlar.

AzEdu.az xaricdə təhsil istiqaməti ilə bağlı ən çox verilən sualın cavabını təqdim edir:

-Xarici universitetdən əldə etdiyim diplom Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilib. Həmin qərara dair hansı vasitələrlə şikayət edə bilərəm?

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən, tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.

Nəzərinizə çatdıraq ki, 30 (otuz) gün müddətində qəbul edilən qərara dair məhkəməyə (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə) müraciət etmək hüququnuz var.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Qeyd edək ki, sual https://ani.edu.gov.az/ saytına istinadən cavablandırılıb

Günel Yaşarqızı
Müəllifin digər yazıları